Portuqaliya Qran-prisi rəsmən “Formula 1” təqviminə daxil edilib

Baş səhifə
Portuqaliya Qran-prisi rəsmən Formula 1 təqviminə daxil edilib

Portuqaliya Qran-prisi rəsmən “Formula 1” təqviminə daxil edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Formula 1″in baş direktoru Stefano Domenikali bildirib.

Yarış 2027 və 2028-ci ildə “Alqarve” avtodromunda təşkil olunacaq.

Qeyd edək ki, Portuqaliyada ilk Qran-pri 1958-ci, sonuncu isə 2021-ci ildə keçirilib. Sonuncu yarışın qalibi “Mercedes” pilotu Lüis Hemilton olub.