Milli Məclisdə mina təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi təklif olunub.
“Report” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında təkliflə çıxış edib.
O qeyd edib ki, müzakirəni bir neçə komitənin birgə əməkdaşlığı ilə reallaşdırmaq olar:
“Mina təhlükəsi təkcə təhlükəsizliyə deyil, ekoloji resurslara, maddi-mənəvi irsə, torpağa və digər sahələrə ciddi təhdid yaradır.
Mina probleminin konsepsiyasını hazırlamaq və il ərzində dinləmə formatında müzakirəyə çıxarmaq məqsədəuyğun olar”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

