İngiltərə Premyer Liqası: “Çelsi” qələbə qazanıb, “Liverpul” və “Arsenal” xal itirib

Baş səhifə

İngiltərə Premyer Liqasında XXII turun bir neçə oyunu başa çatıb.

Apasport.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Mançester Yunayted” doğma meydanda “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edib.

Digər oyunlarda “Çelsi” evdə “Brentford” üzərində 2:0 hesablı qələbə qazanıb. “Lids” minimal hesabla “Fulhem”i məğlub edib – 1:0.

“Enfild”də keçirilən görüşdə “Liverpul” və “Bernli” qalibi müəyyən edə bilməyiblər – 1:1.

Səfərdə oynayan “Sanderlend” “Kristal Pelas” üzərində 2:1 hesablı qələbə əldə edib. London derbisində isə “Vest Hem” evdə “Tottenhem”i 2:1 hesabı ilə üstələyib.

Günün son qarşılaşması da qolsuz yekunlaşıb – “Nottingem Forest” – “Arsenal” – 0:0.