Tovuzda 49 yaşlı kişi su kanalına düşərək ölüb

Baş səhifə

Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, 49 yaşlı kişi hadisə yerində həyatını itirib.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.