Bakı. Trend:
Suriya Silahlı Qüvvələri Hələb vilayətinin şərqində yerləşən
Deyr Hafir bölgəsində YPG/SDG qüvvələrinə qarşı əməliyyata
başladığını bəyan edib.
Trend xəbər verir ki, SANA
əməliyyatın başlandığını təsdiqləyib.
Qeyd olunub ki, hərbi tədbirlər Deyr Hafir ərazisində
YPG/SDG-yə, eləcə də keçmiş rejimə bağlı silahlı qruplaşmalara
qarşı həyata keçirilir.
SANA bildirib ki, “terrorçu silahlı dəstələrin və SDG ilə
əməkdaşlıq edən keçmiş rejim qalıqlarının mövqelərinə qarşı cavab
tədbirləri görülməyə başlanıb”.

