
Bakı. Trend:
Fransa 2027-ci ilə qədər öz hərbi büdcəsini 64 milyard avroya
çatdırmaq niyyətindədir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Fransa Prezidenti
Emmanuel Makron İstr hava bazasında fransalı hərbçilər qarşısında
çıxış edib.
“Hədəfimiz – artıq 2027-ci ilə qədər illik büdcəni 64 milyard
avroya çatdırmaqdır”, – deyə fransalı lider bildirib.
O, buna qədər 2030-cu ilədək bu göstəriciyə çatmağın qarşıya
məqsəd qoyulduğunu xatırladıb.
Hazırda Fransanın hərbi xərcləri 50,5 milyard avro təşkil edir.
2017-ci ildə Makron Fransa prezidenti seçiləndə ölkənin hərbi
büdcəsi 32,3 milyard avroya bərabər idi.

