“Bank Respublika” 2025-ci ili rekord göstəricilərlə başa vurub (FOTO)

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin yekunlarına əsasən “Bank
Respublika”
əsas maliyyə göstəriciləri üzrə rekord
nəticələr əldə edərək özünün dayanıqlı inkişaf modelini və yüksək
etibarlılıq səviyyəsini bir daha təsdiqləyib.
Hesabat dövründə Bank ötən illə müqayisədə əsas maliyyə
istiqamətləri üzrə artım təmin edərək Azərbaycanın bank xidmətləri
bazarındakı mövqelərini daha da möhkəmləndirib:

2025-ci il üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 25,2% artaraq 2,73 mlrd
    manat
    təşkil edib;
  • Məcmu kapital 20% artaraq 266,67 mln
    manat
    olub;
  • Kredit portfeli 12,4% artaraq 1,65
    mlrd manat
    təşkil edib;
  • Xalis faiz gəlirləri 19,4% artaraq
    169,73 mln manat olub;
  • Xalis əməliyyat mənfəəti 20,3% artaraq
    82,29 mln manat səviyyəsinə çatıb;
  • Xalis mənfəət 19,8% artaraq 60,6 mln
    manat
    təşkil edib.
  • Depozit portfeli 1,36 mlrd manata çatmışdır,
    bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən
    biridir.

Maliyyə dayanıqlılığı göstəriciləri:




  • Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier
    I)
    10,14% (norma —
    6,5%);
  • Ümumi kapitalın adekvatlıq əmsalı
    14,6% (norma — 12,5%);
  • Leverec əmsalı6,71% (norma
    5%).
  • Qeyri-işlək kreditlərin bankın ümumi kredit
    portfelindəki payı – 0,90% təşkil edib, bu isə bank sektorunda ən
    aşağı göstəricilərdən biridir.

2025-ci ildə “Bank Respublika”, həm bank, həm də ölkə
iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun
kreditləşməsini davam etdirmişdir. Bank, Avropa
Yenidənqurma və İnkişaf Bankı (EBRD)
Qara Dəniz
Ticarət və İnkişaf Bankı (BSTDB)
) kimi nüfuzlu beynəlxalq
maliyyə institutları ilə kredit müqaviləsi bağlamışdır.

2025-ci il Bank Respublika üçün ardıcıl inkişaf, strateji
qərarlar və institusional möhkəmlənmə ili oldu. İl ərzində atılan
addımlar bankın dayanıqlı inkişaf modelinə sadiqliyini, müasir
maliyyə həllərinə və müştəriyönümlü yanaşmaya verdiyi önəmi bir
daha təsdiqlədi. Əldə olunan nəticələr ölkənin davamlı və
hərtərəfli inkişafı üçün dövlət tərəfindən formalaşdırılmış
əlverişli şərait, eləcə də bankın peşəkar komandası və
müştərilərimizin və tərəfdaşlarımızın etimadı sayəsində mümkün
olub. Gələcəkdə Bank Respublika innovativ həllərin tətbiqi və
müştərilərə yüksək keyfiyyətli xidmətin təmin edilməsi
istiqamətində fəaliyyətini davam etdirərək maliyyə sektorunda lider
mövqelərini daha da möhkəmləndirəcək
”, — deyə “Bank
Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov, qeyd
edib.