
Bakı. Trend:
2025-ci ilin yanvar-dekabr ayları ərzində 39,5 min nəfərdən çox
şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə
görə pensiya təyinatı aparılıb.
Trend xəbər
verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 67,5%-ni kişilər, 32,5%-ni isə qadınlar
təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min
nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə
başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4%-ni
kişilər, 28,6%-ni isə qadınlar təşkil edib.

