Bakı. Trend:
ABŞ Dövlət Departamentinin Venesuelada təhlükəsizlik təhdidləri
ilə bağlı xəbərdarlığı həqiqətə uyğun deyil. Ölkədə sabit və dinc
vəziyyət hökm sürürür.
Trend-in məlumatına görə, bu barədə Venesuelanin Xarici İşlər
Nazirliyinin bəyanatında bildirilib.
“Venesuela Xarici İşlər Nazirliyi qeyd edir ki, ABŞ Dövlət
Departamentinin ölkəmizə qarşı təhlükəsizlik təhdidi ilə bağlı
xəbərdarlığı əslində mövcud olmayan xəyali risk yaratmağa yönəlmiş
yalan məlumatlara əsaslanır”, – deyə nazirlik bildirib.

