
Bakı.
Slovakiya və ABŞ yanvarın 16-sı nüvə enerjisi sahəsində
əməkdaşlıq müqaviləsi imzalayacaqlar.
Trend-in
məlumatına görə, bu barədə Slovakiya baş naziri Robert Fitso
deyib.
“Slovakiya və ABŞ qarşıdan gələn cümə günü nüvə enerjisi
sahəsində əməkdaşlıq müqaviləsi imzalayacaqlar”, – deyə baş nazir
bildirib.
Məlumata əsasən, Bratislava Vaşinqtonun köməyi ilə Slovakiyada
fəaliyyət göstərən atom elektrik stansiyaları şəbəkəsini
genişləndirməyi planlaşdırır.

