Argentina millisinin müdafiəçisi “Yuventus”un hədəfində

Baş səhifə

Bakı. Trend:

“Bornmut”un müdafiəçisi Markos Senesi karyerasını İtaliya A
Seriyasında davam etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Yuventus” argentinalı futbolçunu
transfer etmək istəyir. Bu barədə insayder Nikolo Şira məlumat
yayıb.




Senesinin “Bornmut”la 6 aylıq müqaviləsi qaldığı üçün başqa
klublarla danışıq apara bilər. 28 yaşlı mərkəz müdafiəçisinin
meneceri yaxın vaxtlarda Turinə gedərək “Yuventus”la sözləşmə
şərtlərini müzakirə edəcək.

Qeyd edək ki, “Bornmut” Markos Senesini 2022-ci ilin yayında “Feyenoord”dan transfer edib. Argentina millisinin üzvü bu mövsüm
Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi
matçda 4 qol ötürməsi edib.