Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin
təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl
daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində
tədbirlər keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.




Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl
daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub.
Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar
Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti
dövlət qurumuna göndərilib.