Bakı. Trend:
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunları
keçirilir.
Trend xəbər verir
ki, turnirin dörddəbir final mərhələsinin ilk qarşılaşmaları artıq
başa çatıb.
Mərhələnin ilk matçında Mali yığması ilə qarşılaşan Seneqal
millisi 1:0 hesablı qələbə qazanaraq Afrika Millətlər Kubokunda ilk
yarımfinalçı olub.
Qeyd edək ki, Seneqal yarımfinalda Misir – Fil Dişi Sahili
cütünün qalibi ilə üz-üzə gələcək.
Günün ikinci qarşılaşması Kamerun və Mərakeş yığmaları arasında
keçirilib. Görüşdə Mərakeş komandası 2:0 hesabı ilə qalib
gəlib.
Mərakeş yarımfinalda Əlcəzair – Nigeriya matçının qalibi ilə
qarşılaşacaq.
Xatırladaq ki, 2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə
keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak
edib. Yarış yanvarın 18-dək davam edəcək. Hazırkı Afrika Millətlər
Kubokunun çempionu isə 2023-cü il finalında Nigeriyanı 2:1 hesabı
ilə məğlub edən Kot-d’İvuardır.

