BMT TŞ Venesueladakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək

Baş səhifə

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ABŞ-ın
Venesuelaya hücumu və prezident Nikolas Maduronun devrilməsi ilə
əlaqədar yanvarın 5-də fövqəladə iclas keçirəcək.

Trend xəbər verir ki, iclas
Kolumbiyanın tələbi əsasında baş tutacaq.




BMT Təhlükəsizlik Şurası ABŞ ilə Venesuela arasında artan
gərginliklə bağlı iki dəfə, oktyabr və dekabr aylarında
toplanıb.