Bakı. Trend:
Venesuela hakimiyyəti ölkə üzrə kompleks müdafiə sisteminin
tətbiq olunması barədə sərəncam verib.
Trend bu barədə
ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Bununla yanaşı, ölkənin bütün ştat və bələdiyyələrində Milli
Hərtərəfli Müdafiə Komandanlığının və hərtərəfli müdafiə üzrə
idarəetmə orqanlarının dərhal yerləşdirilməsi barədə əmr verilib.
BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq Venesuela öz
xalqını, ərazisini və müstəqilliyini qorumaq məqsədilə qanuni
özünümüdafiə hüququnu özündə saxlayır. Biz Latın Amerikası, Karib
hövzəsi və bütün dünya xalqlarını və hökumətlərini bu imperialist
təcavüz qarşısında fəal həmrəyliyə çağırırıq”, – nazirliyin
açıqlamasında bildirilir.
Qeyd edək ki, yanvarın 3-də gecə saatlarında (yerli vaxtla)
Venesuelanın paytaxtı Karakas sakinləri güclü partlayış səslərinin
eşidildiyini, şəhərin üzərində hərbi təyyarələrin uçduğunu
bildiriblər.
Venesuela XİN ABŞ-ni ölkə ərazisinə hava hücumu həyata
keçirməkdə ittiham edir.

