Bakı. Trend:
İsrail ordusunun mexanikləşdirilmiş patrulu Suriya ərazisinə
daxil olaraq cənubdakı Əl-Kuneytra vilayətindəki dörd yaşayış
məntəqəsində təmizləmə əməliyyatı həyata keçirib.
Trend-in məlumatına görə, bu barədə “SANA” agentliyi xəbər
verib.
Məlumata əsasən, İsrail qoşunları yeddi zirehli maşınla
Ayn-Zeyvan, Kidna və Suveysa qəsəbələrinə doğru yola düşüblər.
Onlar müvəqqəti nəzarət məntəqələri quraraq bu şəhərləri
birləşdirən yolu bağlayıblar.
Axtarışlar zamanı radikal qruplara mənsub olmaqda şübhəli
bilinən bir neçə şəxs saxlanılıb.
Vilayətin mərkəzi hissəsində İsrail ordusunun digər bir
bölmələri müqavimət göstərmədən Əl-Əcrəf kəndinə daxil olub və
orada piyadaları və nəqliyyat vasitələrini yoxlamaq üçün yoxlama
məntəqəsi qurublar.

