“Fənərbaxça” tanınmış hücumçu ilə maraqlanır

Baş səhifə

Bakı. Trend:

“Napoli” qış transfer pəncərəsi zamanı Romelu Lukakunu satmağı
planlaşdırır.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İtaliya çempionu zədələrdən əziyyət
çəkən belçikalı hücumçu üçün gələn təklifləri dəyərləndirəcək.

“Napoli” Lukakunun qiymətini müəyyənləşdirib. A Seriyası nəhəngi
32 yaşlı forvardı 10-15 milyon avroya satmağa hazırdır.




“Fənərbaxça”nın təcrübəli futbolçu ilə maraqlandığı
bildirilir.

Qeyd edək ki, “Napoli” Romelu Lukakunu 2024-cü ilin yayında “Çelsi”dən 30 milyon avroya transfer edib. Belçika millisinin üzvü
bu mövsüm Neapol təmsilçisinin zədə səbəbindən rəsmi oyunlarsda
iştirak etməyib.