
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 17-sinə xronikasını təqdim edir.
– Prezident İlham Əliyev xalqa müraciət edib. Prezident İlham Əliyev xalqa
müraciətində Füzuli şəhəri və rayonun bir neçə kəndinin
işğalçılardan azad edildiyini açıqlayıb.
– Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram”
səhifəsində Ermənistanın Gəncədə törətdiyi terrorla bağlı paylaşımlar edib.
– Ermənistanın silahlı qüvvələri Gəncə və Mingəçevir şəhərlərini
raket atəşinə tutublar. Gəncədə ölənlərin sayı artıb,
52 nəfər isə yaralanıb. Ermənilərin Gəncəni raket atəşinə tutması
nəticəsində 20 ev tam dağılıb.
– Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləməyə
nail olub. Düşmənin mühəndis istehkam rəisi
polkovnik məhv edilib.
– Düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və Su-25 təyyarəsi məhv edilib. Ermənistan ordusunda parçalanma başlayıb: “Könüllülər” özbaşına mövqeləri tərk ediblər.
– Prezident İlham Əliyev tərəfindən Hikmət Mirzəyevə
general-leytenant ali hərbi rütbəsi verilib.
– Düşmənə məxsus növbəti zirehli texnika, “Tor-M2KM” zenit-raket kompleksləri, BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, “S-125” zenit raket kompleksi məhv edilib.

