Slovakiyalı baş nazirin təyyarəsi zədələndi

Baş səhifə

Bakı. Trend:

Belçikanın Brüssel aeroportunda Avropa İttifaqının sammitinə
gələn Slovakiyalı baş nazir Robert Fitsonun təyyarəsini
zədələyiblər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Fitso öz “Facebook” səhifəsində
yazıb.

“Mürəkkəb sammit Brüsseldə çox pis başladı. Hava limanında
traplı maşın bizim təyyarəni zədələdi və o hazırda uçuş üçün
yararsızdır”, -deyə Fitso yazıb.




Slovakiya baş naziri, həmçinin Aİ-yə üzvlüyə ümid edən Qərbi
Balkan ölkələri ilə sammit çərçivəsində keçirilən görüşü skeptik
qiymətləndirib.

Fitsonun sözlərinə görə, o, Avropa İttifaqı institutlarının
Serbiyaya qarşı ədalətsiz münasibətinə etiraz etmək məqsədilə bu
sammitdə qəsdən iştirak etməyən Serbiya prezidenti Aleksandar
Vuçiçə dəstəyini ifadə edib.