Bakı. Trend:
Dövlət büdcəsi hesabına təqdim edilən reabilitasiya
vasitələrinin növlərinin sayı təxminən 4 dəfə artıb.
Trend xəbər
verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini
Rəşad Mustafayev bu gün Bakıda BMT-nin Azərbaycandakı nümayəndəliyi
və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə keçirilənMediada İnklüziv
Dildən İstifadənin Təşviqi mövzusunda seminarda çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, reabilitasiya xidmətləri ilə təmin olunan
şəxslərin illik sayı 10 dəfədən çox artıb, dövlət büdcəsi hesabına
təqdim edilən reabilitasiya vasitələrinin növlərinin sayı təxminən
4 dəfə, həmin vasitələrin illik təminat sayı isə 3 dəfəyə yaxın
yüksəlib.
“Bu gün qalib Azərbaycanın inkişaf strategiyasının əsas
xüsusiyyətlərindən biri inklüziv inkişafın təmin edilməsidir.
Mediada inklüzivliyə zidd terminlərə də tez-tez rast gəlinir. Bu
səbəbdən mediada inklüziv kommunikasiya məsələsi hüquqi diqqət və
məsuliyyət tələb edir. Bu gün keçirilən seminar da məhz mediada
inklüziv dildən istifadənin təşviqinə, terminologiya ilə bağlı
biliklərin artırılmasına, tövsiyə olunan və olunmayan ifadələr
barədə aydınlıq yaradılmasına xidmət edəcək”.

