
Bakı.Trend:
Azərbaycanda növbəti ildə mebel qiymətlərinin artması
gözləniləndir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel
İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat
verib.
O bildirib ki, mebel qiymətlərində artım bir neçə faktora əsasən
baş verir.
“Birincisi mebel hazırlanması üçün xammal, yarimfabrikatlar ,
aksesuarlar ölkəmizə xarici ölkələrdən idxal olunur. Burada həm
həmin ölkələrdə mebel məhsullarının qiymətinin artması, eyni
zamanda dollar, avronun məzənnələrinin dəyişməsi , logistika
xərclərinin artması və sair kimi amillər nəticəsində ölkəmizə idxal
olunan mebel məhsullarının, hazır mebellerin bahalaşmasına gətirib
çıxara bilər”, – Ozan əlavə edib.
Onun sözlərinə görə, dünyada baş verən müharibələr və siyasi
proseslərdə iqtisadiyyata böyük təsiri var. Bəzən təkcə elə bu
səbəblərdən logistik xərclər iki və ya üç dəfə arta bilir.
“Daxili mebel istehsalında da bu amillər eyni təsir gücünə
malikdir .Ona görə də mebel qiymətlərinin artması
gözləniləndir”.
Sədr müavini qeyd edib ki, əsasən yanvar, fevral aylarında mebel
istehsalı, mebel satışında durğunluq ayları, mart, aprel ayları isə
daha hərəkətli aylar hesab edilir .

