“Yuventus” ingiltərəli hücumçunu transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Yuventus” bu yay mərkəz hücumçusu transfer etmək
niyyətindədir.

A Seriyası nəhəngi “Aston Villa”da çıxış edən Temmi Abrahamı
heyətinə qatmaqda maraqlıdır. Bu barədə “La Stampa” nəşri məlumat
yayıb.




İngiltərə klubu öz futbolçusunu təxminən 25 milyon avro
qiymətləndirir.

​Temmi Abraham “Çelsi”nin yetirməsidir. İngiltərəli forvard
2026-cı ilin yanvarında 21 milyon avro qarşılığında “Beşiktaş”dan “Aston Villa”ya keçib. Onun müqaviləsi 2031-ci il iyunun 30-dək
nəzərdə tutulub. 28 yaşlı hücumçu 2025/26 mövsümündə Birmingem
təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol və 1
məhsuldar ötürmə ilə yadda qalıb.