
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp NATO-dakı Avropa müttəfiqlərindən
maliyyə dəstəyi deyil, etibarlı tərəfdaşlıq və sədaqət gözlədiyini
bildirib.
Tramp bu barədə Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə
keçirdiyi görüş zamanı danışıb.
“Biz onların vəsaitinə ehtiyac duymuruq. ABŞ-ın heç nəyə
ehtiyacı yoxdur. Dünyanın ən güclü ordusuna sahib olduğumuza
inanıram. Mənim əsas istəyim tərəfdaşlarımızın bizə sadiq
olmasıdır”, – deyə ABŞ lideri qeyd edib.

