​Gümüşün qiyməti son altı ayın minimumuna enib

Baş səhifə

COMEX birjasında gümüş üzrə fyuçers kontraktlarının qiyməti kəskin ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, gümüşün bir troya unsiyasının qiyməti 60 ABŞ dollarından aşağı düşərək son altı ayın ən aşağı səviyyəsinə geriləyib. Bu, 2025-ci il dekabrın 9-dan bəri ilk dəfə qeydə alınan göstəricidir.

Bakı vaxtı ilə saat 15:16-da keçirilən əməliyyatlar zamanı gümüşün qiyməti əvvəlki sessiya ilə müqayisədə 3,51% azalaraq 59,89 dollar olub.

Bir neçə dəqiqə sonra, saat 15:20-də qiymət cüzi bərpa olunsa da, bir troya unsiyası üçün 59,91 dollar səviyyəsində qalıb. Bu da əvvəlki göstərici ilə müqayisədə 3,49% azalma deməkdir.

Ekspertlər qiymətli metallar bazarında müşahidə olunan enişi investorların risk iştahasının artması, dolların möhkəmlənməsi və qlobal bazarlardakı dəyişikliklərlə əlaqələndirirlər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.