
Bakı. Trend:
Venesuelanın şimalında 7.1 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat
yayıb.
Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat
18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo
əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya
şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.

