Premyer Liqaya yüksələn klubunun yeni baş məşqçisi bəlli oldu

Baş səhifə

Bakı. Trend:

İngiltərənin “İpsviç Taun” klubunun yeni baş məşqçisi məlum
olub.

Premyer Liqaya yüksələn kollektivi Hari Onil çalışdıracaq. Bu
barədə klubun mətbuat xidməti məlumat yayıb.




43 yaşlı mütəxəssislə 2029-cu ilin yayına kimi nəzərdə tutulan
müqavilə imzalanıb.

Qeyd edək ki, Hari Onilin son klubu Fransada “Strasbur”
olub.