Azərbaycan və İsrail iqtisadi əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İsrail iqtisadi əməkdaşlığın gündəmində olan
məsələlər müzakirə edilib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.




“İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan – İsrail Birgə
Komissiyasının həmsədri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşdə iqtisadi əməkdaşlığımızın gündəmində olan
məsələləri nəzərdən keçirdik. Enerji, ticarət, investisiya, kənd
təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər
sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi, Azərbaycan – İsrail Birgə
Komissiyasının 4-cü iclasında qeyd edilən prioritet istiqamətlərdə
işbirliyi barədə müzakirələr apardıq”, – paylaşımda qeyd
edilib.

Xəbər yenilənəcək