Litvada 500 kiloqrama yaxın heroin partiyası məhv edilib

Baş səhifə

Bakı. Trend:

Litva tarixində müsadirə edilmiş ən böyük heroin partiyası –
təxminən 500 kiloqram narkotik maddə məhv edilib.

Trend xəbər verir
ki, bu barədə “LRT” məlumat yayıb.

Məlumata görə, narkotikin qara bazardakı dəyəri təxminən 40
milyon avro olaraq qiymətləndirilir.




Qaçaqmalçılıq yükü noyabr ayının sonlarında Avijeniai sərhəd
keçid məntəqəsində MAN markalı yük avtomobilinin yoxlanışı zamanı
aşkar edilərək müsadirə olunub. Gömrük orqanlarının bildirdiyinə
görə, heroin tranzit yüklə daşınıb və Qərbi Avropa ölkələrinə
göndərilməli idi. Ümumi çəkisi 498 kiloqram olan bu partiya
təxminən 8 milyon doza narkotik maddə istehsalına imkan verə
bilərdi.

Heroinin utilizasiyası təhlükəli tullantıların yandırılması üzrə
ixtisaslaşmış “Toksika” şirkətində həyata keçirilib. Bildirilib ki,
bu həcmdə narkotik maddənin yandırılması təxminən 1000 avroya başa
gəlir, lakin proses zamanı əldə olunan enerji şirkətin öz
ehtiyacları üçün elektrik enerjisinə çevrilir. Bir neçə saat davam
edən proses Litva gömrük əməkdaşlarından ibarət xüsusi komissiyanın
nəzarəti altında aparılıb.