
Bakı. Trend:
Konqo Demokratik Respublika millisinin üzvü, DÇ-2026-da ilk
turda adından söz etdirən Yoane Vissa “Nyukasl”ı daha güclü kluba
dəyişə bilər.
Xarici media yazır ki, 29 yaşlı vinger “Atletiko”nun maraq
dairəsindədir.
İspaniya klubu onun keçidini bu yay reallaşdırmaq istəyir.
Vissanın “Nyukasl”la müqavilə müddəti 2029-cu il iyunun 30-na
qədərdir. O, “Şatoru”, “Anje”, “Ayaçço”, “Loryen”, “Brentford”
klublarında çıxış edib.
Qeyd edək ki, Vissa DÇ-2026-nın ilk turunda Portuqaliya ilə
görüşdə(1:1) millisinin bərabərlik qolunu vurmuşdu.

