
Müharibə İranı zəiflədib.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
Tramp bildirib ki, İranın nə Hərbi Hava Qüvvələri, nə Hərbi Dəniz Qüvvələri, nə də Hava Hücumundan Müdafiə sistemləri və radarları var.
“Ümumiyyətlə, heç nələri yoxdur. Amma bununla belə, Demokratlar deyirlər ki, İran iqtisadi baxımdan dörd ay bundan əvvəl olduğundan daha yaxşı vəziyyətdədir. Bəzi insanlar necə də axmaq ola bilər?”, – Tramp qeyd edib.

