
“Real Madrid”in yarımmüdafiəçisi Dani Sebalyos klubdan ayrılıb.
Metbuat.az xəbər verir ki, ispan futbolçu Madrid təmsilçisi ilə müqaviləsində qalan 1 mövsümlük müddətdən könüllü şəkildə imtina edərək azad agent statusu qazanıb. Tərəflərin qarşılıqlı razılıq əsasında yolları ayırdığı bildirilir.
Məlumata görə, Sebalyos “Real Madrid” rəhbərliyi ilə aparılan danışıqlardan sonra yeni klub axtarışına çıxmaq qərarı verib. Futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi “Real Madrid”ə 2017-ci ildə transfer olunmuşdu.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

