​Sergen Yalçının yeni iş yeri bəlli oldu

Baş səhifə

Türkiyəli tanınmış futbol mütəxəssisi Sergen Yalçının yeni iş yeri müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bir müddət öncə İstanbulun “Beşiktaş” klubunun baş məşqçisi vəzifəsindən ayrılan Yalçın DÇ-2026-nın davam etdiyi müddətdə Candaş Tolqa Işıkın “YouTube” kanalında şərhçi kimi çıxış edəcək. Təcrübəli mütəxəssis çempioaant dövründə keçiriləcək qarşılaşmaları digər tanınmış futbol adamları ilə birlikdə dəyərləndirəcək. Verilişdə Okan Buruk, Arda Turan, Nuri Şahin, Emre Belözoğlu, Acun Ilıcalı, Caner Erkin, Hamit Altıntop və Şenol Güneş də yer alacaqlar.

Qeyd edək ki, Sergen Yalçının rəhbərliyi altında “Beşiktaş” ötən mövsüm Türkiyə Superliqasını 4-cü pillədə başa vurub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.