“Real”ın istədiyi futbolçu seçimini etdi

Baş səhifə

“Tottenhem” klubu “Nyukasl Yunayted”in futbolçusu Sandro Tonali ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, London təmsilçisinin italiyalı yarımmüdafiəçi ilə 5 mövsümlük şəxsi razılıq əldə etdiyi bildirilir. Klubun artıq “Nyukasl Yunayted”lə rəsmi danışıqlara başlamağa hazırlaşdığı qeyd olunur. Premyer Liqa təmsilçisi Tonali üçün təxminən 90 milyon funt-sterlinq dəyərində qiymət müəyyənləşdirib. Qeyd edək ki, bundan əvvəl “Real Madrid”in Sandro Tonali ilə maraqlandığı və futbolçunun agentlərinin onu “Kral klubu”nun prezidenti Florentino Peresə təklif etdiyi iddia edilmişdi.

İddialara görə, Tonali İngiltərədə qalmağa üstünlük versə də, ailəsi və yaxın ətrafı İspaniyaya mümkün transfer variantını nəzərdən keçirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.