Vyetnam turistlər üçün yeni qaydanı açıqladı

Baş səhifə

Bakı. Trend:

İyunun 22-dən etibarən Vyetnama daxil olan turistlər əvvəlcədən
elektron sənəd təqdim etməlidir.

Xarici media yazır ki, qeyd olunan tarixdən etibarən Nyaçanq da
daxil olmaqla, ölkənin bütün beynəlxalq hava limanlarından gələn
bütün turistlər üçün elektron gəliş kartının doldurulması
məcburidir. Burada pasport məlumatları, viza məlumatları, eləcə də
Vyetnamda qalma müddəti və yer barədə məlumat tələb edilir”.

Vyetnam İmmiqrasiya Xidməti portalında qeyd olunub ki, formanı
ölkəyə girməzdən ən azı 72 saat əvvəl doldura bilərsiniz. Uğurla
doldurulduqdan sonra sistem QR kodu yaradacaq və bu kod gəliş
zamanı pasport nəzarəti işçisinə təqdim edilməlidir.




Tələb bütün xarici vətəndaşlara, eləcə də elektron viza
sahiblərinə şamil edilir.

İstisna yalnız sərhədi keçməyən tranzit sərnişinlər və
diplomatik və xidməti pasport sahibləri üçündür.