
Bakı. Trend:
2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən
təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb.
Bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent”
jurnalının 12-ci nömrəsində dərc olunub.
Qeyd olunub ki, onların sonrakı təhsil taleyi barədə rəsmi
məlumat mövcud deyil.
“2025-ci ildə orta məktəbi bitirən şagirdlərin təxminən 10 faizi
təhsilini ali və ya orta ixtisas təhsili səviyyəsində davam
etdirməyib. Onların 70 faizini oğlanlar, 30 faizini isə qızlar
təşkil edir.
Həmin il 11-ci sinfi bitirən məzunlar 2014-cü ildə birinci sinfə
qəbul olunan şagirdlərdir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2014-cü ildə ölkə üzrə 146 min 62 nəfər birinci sinfə qəbul
olunub. 2023-cü ildə isə 9-cu sinfi 144 min 875 şagird bitirib.
Həmin il keçirilən buraxılış imtahanında 143 min 406 şagird iştirak
edib, 1 469 şagird isə müxtəlif səbəblərdən imtahanda iştirak
etməyib”.

