Bakı. Trend:
Ağdam rayonunda iki qardaş bıçaqlanıb.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Baharlı qəsəbəsi
ərazisində qeydə alınıb.
Məlumata görə, həmyerlilər arasında yaranan mübahisə zamanı
Elçin və Sənan adlı qardaşlar qəsəbə sakini Sadiq adlı şəxs
tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən
saxlanılıb.

