Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir – Makron

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran arasında
imzalanmış anlaşma memorandumunu müsbət qiymətləndirsə də, Yaxın
Şərqdə müharibənin tam başa çatdığını söyləməyin hələ tez olduğunu
bildirib.

Makron bu barədə “France 2” telekanalına müsahibəsində
danışıb.




“Xüsusilə eskalasiya riski mövcud olduğu vaxtlarda mübarizə
aparmaqdansa, razılığa gəlmək həmişə daha yaxşıdır. Biz əməkdaşlıq
və dialoq mərhələsinə qədəm qoyuruq ki, bu da müharibədən daha
yaxşıdır”, – deyə Fransa lideri vurğulayıb.

Bununla belə, o qeyd edib ki, münaqişənin “tamamilə başa
çatdığını” demək üçün hələ əsas yoxdur. İran nüvə silahına sahib
olmamalı və ballistik raket potensialını inkişaf
etdirməməlidir.