ABŞ-də atışma nəticəsində iki nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun
Universitetində baş verən atışma nəticəsində iki nəfər ölüb, doqquz
nəfər xəsarət alıb.

Trend xəbər verir
ki, bu barədə şəhərin meri Brett Smayli məlumat yayıb.

Məlumata görə, ölən və yaralananların hamısı Braun
Universitetinin tələbələridir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması hələlik
mümkün olmayıb. Polis hadisə ilə bağlı araşdırmaları davam
etdirir.

xxx




03:56

ABŞ-də universitetdə atışma hadisəsi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə “ABC” məlumat yayıb. Hadisə
Rod-Aylend ştatının Providens şəhərində yerləşən Broun
Universitetinin kampusunda baş verib.

Mümkün yaralılar və hadisənin səbəbi ilə bağlı hələlik məlumat
verilmir.

“Associated Press”in məlumatına görə, silahlı insidenti
törətməkdə şübhəli şəxs saxlanılıb.