Astanada Türk Ədliyyə Təlim Şəbəkəsinin forumu keçirilib

Baş səhifə
Astanada Türk Ədliyyə Təlim Şəbəkəsinin forumu keçirilib

Astanada Qazaxıstan Ali Məhkəmə Şurasının 10 illiyinə həsr olunmuş Türk Ədliyyə Təlim Şəbəkəsinin beynəlxalq forumu keçirilib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, tədbirin əsas mövzusu milli ənənələr və beynəlxalq standartların balansını nəzərə alınmaqla insan hüquqlarının müdafiəsi və səmərəli ədalət mühakiməsi olub.

Forum hakim kadrlarının hazırlanması, seçilməsi və təyin edilməsinə müasir yanaşmaların müzakirəsi üçün platformaya çevrilib. Forumun işində Azərbaycan, Qırğızıstan, Türkiyə və Özbəkistandan nümayəndə heyətləri, dövlət orqanlarının, məhkəmə sisteminin nümayəndələri, parlament üzvləri, alimlər, beynəlxalq ekspertlər və s. iştirak ediblər.

Məlumat yenilənir