Azərbaycan tranzit-logistika habı və regional ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir – Şahmar Mövsümov

Baş səhifə

Bakı. Trend:

İqtisadi inteqrasiyanı və ixrac imkanlarını genişləndirmək
məqsədilə Azərbaycan hazırda 10 ölkə ilə azad ticarət sazişləri
imzalayıb. Azad ticarət sazişləri ixrac imkanlarını əhəmiyyətli
dərəcədə genişləndirir.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi
məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar
Mövsümov bu gün Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq
və Etimad” tədbirində deyib.




Onun sözlərinə görə, rüsumların aradan qaldırılması, gömrük
prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması ixrac
əməliyyatlarını sürətləndirir, xərcləri azaldır və emal və
qeyri-neft sektorlarının rəqabət qabiliyyətini artırır:

“Bu da tranzit yüklərin cəlb olunmasını asanlaşdırır, regional
nəqliyyat dəhlizlərindən, həm Avropa-Asiya, həm də Şimal-Cənub
istiqamətlərində istifadə imkanlarını artırır. Nəticədə Azərbaycan
təkcə ixracatçı ölkə kimi deyil, tranzit-logistika habı və regional
ticarət qovşağı kimi öz mövqeyini möhkəmləndirir”.