Güclü maqnit qasırğası gözlənilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Maqnit qasırğası gözlənilir.

Bu barədə BDU-nun Astrofizika kafedrasından Trend-ə verilən məlumatda
qeyd olunub.

“Hazırda Günəş aktivliyi aşağı səviyyədədir. Günəşdə bir neçə
oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş
verıb. Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur.
Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv
oblastların potensialına əsasən, 8 – 10 dekabr tarixlərində M
(R1/R2 – mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi
ehtimal olunur”, – deyə kafedradan bildirilib.




Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin
Astrofizika kafedrasından verilən xəbərə görə, dekabrın 8-də
dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən
təsiri müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə
dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı
olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta
coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək
olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq.
Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın
9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.

Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi
hesabına G1 (mülayim) səviyyədə olub. Bu hal dekabrın 6-da baş
vermiş tac kültə atılması hesabına 10 dekabr tarixində də davam
edəcək.
Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı
proqnozlaşdırılır.