Tərtədə itkin düşən 82 yaşlı qadının meyiti kanaldan tapılıb

Baş səhifə
Tərtərdə itkin düşən 82 yaşlı qadının meyiti kanaldan tapılıb

Tərtərdə itkin düşən qadının meyiti kanaldan tapılıb.

“Report” xəbər verir ki, dekabrın 6-da itkin düşən,1943-cü il təvəllüdlü Bayramova Ceyran Kamal qızının meyiti ötən gün Ş.İ.Xətai küçəsindən keçən paylayıcı kanaldan aşkar edilərək çıxarılıb.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.