Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan valideyn saxlanılıb

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevirdə körpəsini binanın zirzəmisinə atan valideyn
saxlanılıb.

Trend-in
məlumatına görə, öktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı
körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü
G.Məmmədova polis əməkdaşları tərəfindən müəyyən olunaraq
saxlanılıb.




Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi
başlanılıb, istintaq aparılır.