Azərbaycan Premyer Liqasında XIV tura start verilib

Baş səhifə
Azərbaycan Premyer Liqasında XIV tura start verilib

Misli Premyer Liqasında XIV tura start verilib.

“Report” xəbər verir ki, turun ilk oyun günündə “Qarabağ” səfərdə “Zirə”nin qonağı olub.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş heç-heçə bitib – 1:1.

“Zirə”nin heyətində 31-ci dəqiqədə İssa Cibrilia fərqlənib. Enrike Kustadio isə 44-cü dəqiqədə avtoqol müəllifi olub.

Qeyd edək ki, XIV tura dekabrın 9-da yekun vurulacaq.