Şəmkirdə yol qəzası: 12 nəfər xəsarət alıb

Baş səhifə

Bakı. Trend:

Şəmkirdə “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək
yol kənarındakı su kanalına aşıb.

Trend xəbər verir ki, hadisə
nəticəsində 12 nəfər xəsarət alıb.




Belə ki, zərərçəkənlərə rayon mərkəzi xəstəxanasında tibbi
yardım göstərilir.

Yevlaxdan Şəmkirdəki istixanaya işçi daşıyan mikroavtobusda
20-dən çox sərnişin olub.