2025-ci ildə ən çox qazanan qadın idmançılar açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Nüfuzlu idman və biznes nəşri “Sportico” 2025-ci ilin
yekunlarına əsasən dünyanın ən yüksək gəlir qazanan qadın
idmançılarının siyahısını açıqlayıb.

Trend xəbər verir ki, artıq
üçüncü ildir ki, siyahıya 21 yaşlı amerikalı tennisçi Koko Qauff
başçılıq edir. Onun illik gəliri 31 milyon dollar təşkil edib.




Reytinqdə ikinci yerdə dünya birincisi olan tennisçi Arina
Sobolenko qərarlaşıb. Belaruslu idmançı bu il 30 milyon dollar
qazanıb.

İlk üçlüyü isə polşalı tennisçi İqa Şvyontek tamamlayır. Onun
2025-ci ildəki gəliri 23,1 milyon dollar olub.