Bakı. Trend:
NATO-nun Baş katibi Mark Rütte Polşada dəmir yolu xəttinin
partladılması ilə bağlı kəskin açıqlama verib.
Trend xarici
KİV istinadən xəbər verir ki, o, alyansın buna cavabsız
qalmayacağını bildirib.
Rüttenin sözlərinə görə, NATO ölkələri Rusiyada dəmir yolu
xətlərini partlatmaq kimi addımlar atmayacaq:
“Amma biz elə edəcəyik ki, belə hərəkətlərin nəticələrini hiss
edəsiniz. Çünki bu, son dərəcə məsuliyyətsiz və tamamilə
qəbuledilməzdir.”

