11 il əvvəl yoxa çıxmış Malayziya təyyarəsinin axtarışları bərpa olunur

Baş səhifə

Bakı. Trend:

11 il əvvəl yoxa çıxmış Malayziya hava yollarına məxsus MH370
reysi ilə uçan “Boeing 777” sərnişin təyyarəsinin axtarışları bu ay
bərpa olunacaq.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Malayziyanın Nəqliyyat
Nazirliyi bəyanat yayıb.

Məlumata görə, Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227
sərnişin və 12 ekipaj üzvü olan sərnişin təyyarəsi 2014-cü ildə
okean üzərindən uçarkən müəmmallı şəkildə radarlardan itib.
Təyyarədən və sərnişinlərdən bu vaxta qədər heç bir iz
tapılmayıb.




“Ocean İnfinity” dəniz-tədqiqat şirkəti dəniz dibində axtarış
tədbirlərinin 55 gün ərzində fasiləli şəkildə həyata keçiriləcəyini
təsdiqləyib.

Malayziya hökuməti ilə “Ocean Infinity” arasında razılaşdırılmış
şərtlərə görə, şirkət cənubi Hind okeanında 15 min kvadrat kilometr
(5 790 kvadrat mil) ərazidə əhəmiyyətli qalıqlar tapılacağı
təqdirdə 70 milyon dollar məbləğində mükafat alacaq.