Vega-C raketi Cənubi Koreyanın Yer müşahidə peykini orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Dekabrın 1-də Avropanın “Vega-C” raket daşıyıcısı Yer səthinin
yüksək dəqiqlikli görüntülərini təqdim edəcək Cənubi Koreyanın “KOMPSAT-7” optik peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə “Arianespace” operator
şirkəti bildirib.




“Ayrılma təsdiqlənib. “KOMPSAT-7” peyki “VV28” missiyası
çərçivəsində “Vega-C” raketi ilə orbitə uğurla buraxılıb”, – deyə
qeyd olunub.

Qeyd edək ki, dörd mərhələli raket Fransa Qvianasındakı Kuru
kosmodromundan yerli vaxtla saat 14:21-də buraxılıb.