Santos Premyer Liqada yubiley oyununa çıxıb

Baş səhifə

Bakı. Trend:

“Araz-Naxçıvan”ın hücumçusu Felipe Santos Misli Premyer
Liqasında 100-cü oyununu keçirib.

Trend xəbər verir ki,
braziliyalı futbolçunun yubileyi XIII tura təsadüf edib.

O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb.
Felipe 100 qarşılaşmada 21 qol vurub. Cənubi amerikalı Premyer
Liqada üç klubda çıxış edib.




O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2021/22 mövsümünə təsadüf
edən Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci
futbolçudur.